Categories
Layihələr

Gəncə-Qazax regionunda dörd körpünün və yerli yolların tikintisi

2016-cı ilin yanvar ayından başlayaraq “GMC Consulting” MMC “İRD Engineering S.r.l” şirkəti üçün Yol Şəbəkəsinin İnkişaf Proqramı, Tranş 4 çərçivəsində Gəncə-Qazax regionunda dörd körpünün layihələndirilməsi və tikintisinə nəzarət layihəsində 2017-ci ilin oktyabr ayınadək alt məsləhətçilik xidmətləri təşkil etmişdir.


Layihənin təşkili:

Çoxtranşlı Maliyyə Mexanizmi (ÇMM) əsasında təklif edilmiş Yol Şəbəkəsinin İnkişafı Proqramı, Tranş 4 üzrə 3116-AZE krediti və 02/2014/AZE müqaviləsi nəzdində dörd körpünün tikintisi və Gəncə-Qazax regionunda 5 (beş) yerli yolun bərpası Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilmişdir.

Layihə Gəncə-Qazax regionunda dörd körpünün tikintisi üç körpünün sökülməsi və yenidən tikintisindən (R-24 Ağstafa-Poylu-Sadıqlı yolunda dəmir-yolu xətti üzərində 1 saylı körpü, Acıdərə çayı üzərində – R-24 Poylu-Sadıqlı_Gürcüstan yolunda 3 saylı körpü və Y-05-08, Poylu-Düzqışlaq-Qazax yolunda Ağstafa çayı üzərində 4 saylı körpü) və Kür çayı üzərində yeni bir körpünün (2 saylı körpü) tikintisindən ibarətdir.

Layihənin başlanma tarixi 15 yanvar 2016-cı il təyin edilmiş və bitməsinə 2017-ci ilin oktyabr ayında nail olunmuşdur. Podrat işlərinin yekun təsdiqlənmiş qiyməti 54,413,173.31 AZN idi (32,007,749.01 ABŞ dolları).