Keyfiyyətin İdarəolunması

“GMC Consulting” MMC ISO 9001:2015 standartına uyğun sertifikatlaşdırılıb. SGS (İsveçrə) tərəfindən verilmiş və UKAS (Birləşmiş Krallığın Milli Akkreditasiya Orqanı) tərəfindən akkreditə olunmuş bu sertifikat aşağıdakı fəaliyyətlərin icrasına aiddir:

Mühəndis məsləhət xidmətləri, o cümlədən:

  • Magistral yolların, yolların və tunellərin tikintisinə nəzarət;
  • Texniki-iqtisadi əsaslandırmalar;
  • Topoqrafik ölçmə və geotexniki tədqiqatlar

“GMC Consulting” MMC ISO 9001:2015 (Şirkət Siyasətinin ayrılmaz hissəsinə çevrilmiş Keyfiyyət İdarəetmə Sistemləri) standartına uyğun inteqrasiya olunmuş idarəetmə sistemini tətbiq etmişdir. Hal-hazırda yuxarıda qeyd olunan Standart həyata keçirilən bütün layihələrin idarə olunması və həyata keçirilməsində tətbiq edilir.