“GMC Consulting” MMC-nin KEYFİYYƏT SAHƏSİNDƏ S İ Y A S Ə T İ

  • “GMC Consulting” MMC 2015-ci ilin iyun ayından etibarən əsasən avtomobil yollarının, avtomagistralların tikintisi üzrə məsləhətçilik sektorunda fəaliyyət göstərir.
  •  “GMC Consulting” MMC Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Dünya Bankı və Asiya İnkişaf Bankı (AİB) kimi müxtəlif beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilmiş layihələrdə müxtəlif beynəlxalq məsləhətçi şirkətlərlə əməkdaşlıq edərək geniş əlaqələr qurmuş və təcrübə qazanmışdır.
  • “GMC Consulting” MMC İSO 9001:2015 Beynəlxalq standartının tələblərinə və seçdiyi strateji inkişaf strategiyasına uyğun olaraq Keyfiyyət İdarə edilməsi sistemini tətbiq etməklə, təklif etdiyi xidmətlərin daima təkmilləşdirilməsi ilə bağlı həyata keçirdiyi Siyasət aşağıdakı prinsiplərə əsaslanır:
  • Avtomobil yollarının, avtomagistralların tikintisi üzrə məsləhət xidmətlərinin göstərilməsinə dair milli qanunverici, yerli və beynəlxalq norma və standartların tələblərinə riayət edilməsi;
  • Avtomobil yollarının, avtomagistralların tikintisi üzrə məsləhət xidmətlərinin əsas hədəfi FIDIC (Beynəlxalq Məsləhətçi Mühəndislər Federasiyası) Mülki Mühəndislik İnşaatı üzrə Müqavilə Şərtlərinə əsasən işlərin icra etdilməsi və İşlərin Müqavilələrinə nəzarət etdilməsi;
  • Müştərilərinin və şirkətin fəaliyyətində maraqlı olan digər tərəflərin tələb və gözləntilərinin hərtərəfli öyrənilməsi və fəaliyyətin planlaşdırılmasında və həyata keçirilməsində nəzərə alınması;
  • Müştərilərin məmnunluğunu qazanmaq üçün göstərilən xidmətlərin keyfiyyətini və etibarlılığını onların tələb və təkliflərinə uyğun olaraq daima yüksəldilməsi;
  • Yeni texnologiyaların və biliklərin tətbiqi ilə müqavilə şərtlərinə cavab verən yüksək keyfiyyətli və təminatlı xidmətin təşkili;
  • Əməkdaşların peşəkarlıq səviyyəsinin daim yüksəldilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün daxili və xarici təlimləri keçirməklə, onların daimi yüksək ixtisaslığının təmin edilməsi və potensial imkanlarının artırılması;
  • Keyfiyyət idarəetmə sistemimin tələblərinə əməl etmək üçün təhlillər aparmaq, müştəri məmunluğu və gözləntilərinin bağlanmış müqavilələrə uyğunluğunu təmin etmək, riskləri minimuma endirmək üçün məqsəd və hədəflərin müəyyənləşdirmək və onlara nail olmaqla fəaliyyətin səmərəliyinin və effektivliyinin daim yüksəltmək;
  • İSO 9001:2015 Beynəlxalq standartı əsasında yaradılmış keyfiyyətin idarə edilməsi sisteminin rəhbərlik tərəfindən dəstəklənməsi və daima təkmilləşdirilməsi üçün müvafiq işlərin görülməsi.
  • Şirkətin rəhbərliyi yuxarıdakı prinsiplərinə əsaslanmış Keyfiyət İdarəetmə Sisteminin yaradılmasını şirkətin fəaliyyətində vacib strateji istiqamət sayır. Keyfiyyət İdarəetmə Sistemi biznes proseslərin effektiv qurulmasına, onların səmərəli idarə olunmasına şərait yaradan və başlıca səbəb olan bir işlək alət kimi baxılır. Belə bir sistemin qurulması və idarə olunması müştərilərimizin tələblərini və ümüdlərini doğrultmağa imkan verəcəkdir.
  • Bu  Siyasətin  həyata  keçirilməsi  üçün  aşağıda  göstərilən strateji məqsədləri müəyyən etmişik:
  • 1.  Müştərilərə təqdim olunan xidmətlər sahəsində mövcud olan standartların və sifarişçilərin tələblərinə tam şəkildə uyğunluğunu təmin etmək.
  • 2.  Təqdim etdiyimiz xidmətlərin bütün keyfiyyət göstəricilərinin rəqabətdə olduğumuz şirkətlərin xidmətlərindən daha yüksək səviyyədə olmasına nail olmaq.
  • Şirkətin qarşısında qoyulmuş məqsədlərə nail olmasında hər bir əməkdaş şəxsən iştirak etməlidir: hər birinin əməyindən təqdim etdiyimiz xidmətlərin keyfiyyəti, o cümlədən müştərilər və partnyorlar arasında şirkətin imici, onların bizə etibarı asılıdır.
  • Şirkətin rəhbərliyi mövcud keyfiyyət siyasətinə əməl etməyi, onun realizasiyası üçün şərait və resursların təmin edilməsini və bu siyasətin şirkətin bütün işçilərinin və maraqlı tərəflərin diqqətinə çatdırılması öhdəliyini öz üzərinə götürərək, hazırki siyasəti fəaliyətinin ana xətti elan edir.