Haqqımızda

  • “GMC Consulting” MMC 2015-ci ilin iyun ayından etibarən əsasən avtomobil yollarının, avtomagistralların tikintisi üzrə məsləhətçilik sektorunda fəaliyyət göstərir. 
  • Bir məsləhətçi şirkət kimi “GMC Consulting” MMC Azərbaycanda və Qafqaz regionunda müxtəlif beynəlxalq banklar və maliyyə institutları tərəfindən maliyyələşdirilən avtomobil yollarının, avtomagistralların tikintisinə nəzarət və dizaynların layihələndirilməsi işlərində mükəmməl əməkdaşlıq əlaqələri qurmuş və mötəbər nüfuz qazanmışdır.
  • “GMC Consulting” MMC müxtəlif ixtisas, idarəetmə və rəhbərlik bacarıqlarına, çoxsahəli təcrübəyə malik işçi qruplarının təmin edilməsində yaxşı tanınmışdır.
  • “GMC Consulting” MMC 2015-ci ildən bəri əsasən dövlət avtomobil yolları agentliklərinin icra etdiyi avtomobil yollarının və körpülərin tikintisinin müxtəlif mərhələlərində texniki layihələrin hazırlanması, tikintiyə nəzarət, texniki köməklik və satınalma üzrə avtomobil yollarının, avtomagistralların tikintisi üzrə məsləhətçilik xidmətləri təklif edir.
  • “GMC Consulting” MMC-nin hazırda avtomobil yollarının tikintisi, inşaat işləri, texniki-iqtisadi əsaslandırma, layihələndirmə, avtomobil yolları-nın istismarı, geotexniki və topoqrafik planaalma işlərində yüksək təcrübəyə malik bir çox əməkdaşı vardır.
  • “GMC Consulting” MMC Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Dünya Bankı və Asiya İnkişaf Bankı (AİB) kimi müxtəlif beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilmiş layihələrdə müxtəlif beynəlxalq məsləhətçi şirkətlərlə əməkdaşlıq edərək geniş əlaqələr qurmuş və təcrübə qazanmışdır.