Categories
Layihələr

Bəhramtəpə-Biləsuvar avtomobil yolunun (R42) bərpası (60 Km)

GMC Consulting” MMC 01 noyabr 2018-ci ilində “BCT Insaat, Mimarlik, Muhendislik, Mushavirlik A.S.” Türkiyə məsləhətçi şirkəti ilə Bəhramtəpə-Biləsuvar avtomobil yolunun (R42) bərpası (60 Km) layihəsinin tikintisinə nəzarət üçün müqavilə imzalamışdır.


Layihənin təşkili:

Kredit sazişi əsasında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən təmin edilmiş maliyyə yardımı ilə Bəhramtəpə-Biləsuvar avtomobil yolunun (R42) bərpası (60 Km) layihəsinin əsas məqsədi mövcud R42 yolunu bərpa etməkdir.

Tikinti işlərinə 60 km uzunluğunda Bəhramtəpə-Biləsuvar yol hissəsinin bərpası daxildir. Yol M6 magistralının yol dairəsindən başlayır və Biləsuvarın qərb dairəvi yol ayrıcında başa çatır. Tək hərəkət hissəli, ikizolaqlı avtomobil yolunun yenidən qurulması əsasən mövcud yol oxu boyunca gedir və layihədə torpaq işləri, yol örtüyünün, drenajın tikintisi, üç ədəd körpünün əvəzlənməsi, yol avadanlıqlarının quraşdırıl-ması və yolun xətlənməsi nəzərdə tutulmuşdur.

Layihənin başlanma tarixi 07 fevral 2019-cu il olmuş və 2020-ci ilin oktyabr ayında başa çatmışdır. Podrat işlərinin yekun təsdiqlənmiş qiyməti 140,831,783.00 AZN idi (82,842,225.29 ABŞ dolları).