Categories
Layihələr

Ələt-Astara avtomobil yolunun (M3)Cəlilabad-Şorsulu yol qovşağı hissəsinin tikintisi(km 110+700-dənkm 80+600-dək)

GMC Consulting” MMCTERA International Group Inc.” şirkəti üçün Ələt-Astara avtomobil yolunun (M3) Cəlilabad-Şorsulu yol qovşağı hissəsinin tikintisi (km 110+700-dən km 80+600-dək) layihəsində alt məsləhətçilik xidmətlərini təmin edilmişdir.


Layihənin təşkili:

Çoxtranşlı Maliyyə Mexanizmi (ÇMM) əsasında, Tranş 2 üzrə 3144-AZE krediti nəzdində Ələt-Astara avtomobil yolunun (M3) Cəlilabad-Şorsulu yol qovşağı hissəsinin tikintisi (km 110+700-dən km 80+600-dək) layihəsi Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilmişdir.

Layihə Masallı-Biləsuvar avtomobil yolunda Cəlilabadın kəndinə yaxın stansiyanın yaxınlığında layihələndirilmiş yol qovşağından başlayır və Şorsulu kəndinin qərbində başa çatır.

Layihə sürəti 120 km/saat olmaqla yol 30.1 km uzunluğundadır, layihədə mühafizə çəpərləri və Nyu Cersi beton baryerləri kimi müvafiq təhlükəsizlik tədbirləri nəzərə alınmışdır.

Layihənin başlanma tarixi 19 yanvar 2016-cı il təyin edilmiş və bitməsinə 2018-ci ilin oktyabr ayında nail olunmuşdur. Podrat işlərinin yekun təsdiqlənmiş qiyməti 176,553,434.90 AZN idi (103,854,961.71 ABŞ dolları).