Pk. 142+890 – 110+700
2015-ci ilin iyun ayından başlayaraq “GMC Consulting” MMC “İRD Engineering S.r.l” şirkəti üçün Ələt-Astara magistralının (M3) Masallı-Cəlilabad yol qovşağı hissəsinin tikintisində (Pk. 142+890 – 110+700) layihənin sonunadək (2017-ci ilin dekabr ayı) alt məsləhətçilik xidmətləri təşkil etmişdir.
Layihənin təşkili:
Layihə Ələt-Astara magistralının (M3) 3B və 3C hissələrindən ibarət olmaqla Cəlilabad yol qovşağından başlayır (km 110+700 – 3A hissəsinin sonu) və cənub istiqamətində davam edib Masallı şəhərinin cənub-şərq hissəsində (km 142+800) bitir. Bu avtomobil yolu 4 zolaqdan ibarət olan avtomagis-traldır (layihə sürəti 120 km/saat).
Layihənin texniki tələblərinə əsasən layihədə 14 ədəd körpü və 2 ədəd tunel, 37 ədəd əsas dairəvi boru xətti, 8 ədəd yol qovşağında dairəvi boru və 9 ədəd düzbucaqlı boru (heyvan keçidləri) vardır.
02/2013/ICB/CW/AZE saylı müqavilə əsasında Müqavilənin qiyməti 142,820,202.47 AZN (və 25,707,636.44 AZN ƏDV) olmuşdur.
Layihə 05 mart 2014-cü ildə başlamış və 2017-ci ilin dekabr ayında tamamlanmışdır. Layihənin yekun təsdiqli qiyməti 184,518,459.88 AZN (108,540,270.52 ABŞ dolları) olmuşdur.