Categories
Layihələr

M5, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə sərhəd yolunun hissəsinin yenidən qurulması, 12 km-lik R57 avtomobil yolunun bərpası və Ucar-Zərdab-Ağcabədi yolunun yenidən qurulması

17 Oktyabr 2018-ci ildə inkişaf edən və müvəffəqiyyətli əməkdaşlıq nəticəsində “GMC Consulting” MMC ilə “İRD Engineering S.r.l” şirkəti M5, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə sərhəd yolunun km 0+000-dan km 46+000-dək hissəsinin yenidən qurulması, 12 km-lik (M5-in km 46+000-dan Şəkiyədək) R57 avtomobil yolunun bərpası və Ucar-Zərdab-Ağcabədi yolunun (R32) (70.50 km) yenidən qurulması layihəsinin tikintisi üçün növbəti müqavilə imzalamışdır.


Layihənin təşkili:

Azərbaycan hökuməti M5, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə sərhəd yolunun km 0+000-dan km 46+000-dək hissəsinin yenidən qurulması, R57 avtomobil yolunun bərpası və Ucar-Zərdab-Ağcabədi yolunun (R32) (70.50 km) yenidən qurulması üçün Asiya İnkişaf Bankından (AİB) kredit əldə etmişdir.

Tranş 1 əsasında (kredit 2921) maliyyənin bir hissəsi ikizolaqlı, çiyinlərin səthi ikiqat bitumla emal olunmuş iki lotdan – Lot 1: Ucar-Zərdab hissəsi, km 0.00 – km 37.00 və Lot 2: Zərdab-Ağcabədi hissəsi, km 37.00 – km 70.50 (R32) ibarət olan Ucar-Zərdab-Ağcabədi yolunun (R32) (70.50 km) yenidən qurulması üçün istifadə edilmişdir.

Tranş 2 əsasında (kredit 3144-AZE) maliyyənin bir hissəsi iki lotdan – Lot 1: M5, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə sərhəd yolunun km 0+000-dan km 33+000-dək hissəsinin yenidən qurulması və Lot 2: M5, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə sərhəd yolunun km 33+000-dan km 46+000-dək hissəsinin yenidən qurulması və 12 km-lik (M5-in km 46+000-dan Şəkiyədək) R57 avtomobil yolunun bərpasından ibarət olan layihə üçün istifadə edilmişdir.

Tikinti layihəsinin icrası üçün layihə 4 (dörd) podrat müqaviləsinə bölünmüşdür.

Layihələrin başlanma tarixləri hər lot üçün fərqlidir.

M5 layihəsinin Lot 1 hissəsinin başlanma tarixi 01 dekabr 2018-ci il təyin edilmiş və layihə 2020-ci ilin noyabr ayında başa çatmışdır.

M5+R57 layihəsinin layihəsinin Lot 2 hissəsinin başlanma tarixi 01 mart 2019-cu il təyin edilmiş və layihə 2020-ci ilin noyabr ayında başa çatmışdır.

R32, Ucar-Zərdab-Ağcabədi avtomobil yolu layihəsinin Lot 1 hissəsinin başlanma tarixi 01 dekabr 2018-ci il təyin edilmiş və layihə 2020-ci ilin dekabr ayında başa çatmışdır.

R32, Ucar-Zərdab-Ağcabədi avtomobil yolu layihəsinin Lot 2 hissəsinin başlanma tarixi 01 dekabr 2018-ci il təyin edilmiş və layihə 2021-ci ilin fevral ayında başa çatmışdır.

Podrat işlərinin qiymətləri aşağıdakı kimidir:

M5+R57 layihəsinin Podrat işləri:

  • Lot 1 layihəsi 96,852,712.09 AZN və;
  • Lot 2 layihəsi 88,510,957.22 AZN olmuşdur;

R32 (Ucar-Zərdab-Ağcabədi avtomobil yolu) layihəsinin Podrat işləri:

  • Lot 1 layihəsi 96,852,712.09 AZN və;
  • Lot 2 layihəsi 88,510,957.22 AZN olmuşdur;