Categories
Layihələr

M5, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə sərhəd yolununkm 0+000-dan km 46+000-dək hissəsinin yenidən qurulması üçün tender sənədlərinin hazırlanması

“Kocks Consult Gmbh” şirkəti ilə davamlı əməkdaşlıq əsasında “GMC Consulting” MMC M5, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə sərhəd yolunun km 0+000-dan km 46+000-dək hissəsinin Xaldan-Suçma hissəsi (km 0+300-km 33+100) (Lot 1), Suçma-Şəki yol dairəsi hissəsinin (km 33+100-km 46+120) yenidən qurulması və R57 avtomobil yolunun (Lot 2) bərpası layihəsi üçün tender sənədlərinin hazırlanmasında məsləhətçilik xidmətləri təmin etmişdir.


Layihənin təşkili:

Bu layihə 3144 AZE kredit sazişi çərçivəsində İkinci Yol Şəbəkəsinin İnkişaf Proqramı (ÇMM2), Layihə 2 əsasında Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilmişdir.

Layihə iki yol seqmentindən ibarətdir: (i) M5 avtomobil yolu Xaldanda M4 avtomobil yolu ilə birinci yol dairəsindən (kiçik Y formalı yolayrıcından əvvəl) sonra başlayır və Şəkidə Y formalı yolayrıcında başa çatır, ümumi məsafənin uzunluğu təxminən 46.5 km-dir; və (ii) R-57 avtomobil yolu M5 avtomobil yolunun Y formalı yolayrıcında başlayır və Şəki şəhərinin əsas girişindəki yol dairəsində başa çatır, bu yolun uzunluğu təxminən 11 km-dir. M5 avtomobil yolunun bu seqmenti II kateqoriyaya,  R-57 yolu isə III kateqoriyaya uyğun yenidən qurulmuşdur.

Layihənin başlanma tarixi 22 avqust 2017-ci il təyin edilmiş və 2018-ci ilin yanvar ayında tamamlanmışdır. Layihənin yekun təsdiqlənmiş qiyməti 843,924.20 AZN idi (496,426.00 ABŞ dolları).