“GMC Consulting” MMC 2015-ci ilin dekabr ayından “Kocks Consult Gmbh” şirkəti ilə Mingəçevir-Bəhramtəpə yolunun (R18) bərpası, Lot 1, 2 və 3 layihələrində alt məsləhətçilik xidmətlərini təmin etmişdir.
R18, Mingəçevir-Bəhramtəpə yolu layihəsi 3 lotdan ibarətdir:
- Lot 1 hissəsi – Mingəçevir-Mingəçevir stansiyası;
- Lot 2 hissəsi – Qarağacı-Bəhramtəpə;
- Lot 3 hissəsi – Aran-Qarağacı.
Layihənin təşkili:
Layihənin Lot 1, Mingəçevir-Mingəçevir stansiyası hissəsi Mingəçevir şəhərindən başlayaraq Mingəçevir dəmir-yolu stansiyasının mərkəzi ilə davam edir, şimal ilə cənubu birləşdirən əsas yoldur. Bu yol təqribən 16.48 kilometr uzunluğundadır və mövcud 2 zolaqlı 156 kilometrlik yolun bir hissəsidir.
Layihənin başlanma tarixi 16 yanvar 2016-cı il təyin edilmiş və bitməsinə 16 iyul 2017-ci il tarixində nail olunmuşdur. Podrat işlərinin yekun təsdiqlənmiş qiyməti 33,547,590.79 AZN idi (19,733,876.934 ABŞ dolları).
Layihənin Lot 2, Qarağacı-Bəhramtəpə hissəsi R18, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun ikinci hissəsidir. Bu yol təqribən 111.9 kilometr uzunluğundadır.
Podrat işləri layihəsi FİDİK tərəfindən 2010-cu ildə dərc edilmiş İnşaat üzrə müqavilə şərtlərinin təkmilləşdirilmiş nəşri əsasında icra edilmişdir.
Layihənin başlanma tarixi 29 aprel 2016-cı il təyin edilmiş və bitməsinə 31 oktyabr 2018-ci il tarixində nail olunmuşdur. Podrat işlərinin yekun təsdiqlənmiş qiyməti 237,643,429.20 AZN idi (139,790,252.47 ABŞ dolları).
Layihənin Lot 3, Aran-Qarağacı hissəsi R18, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun üçüncü hissəsidir. Bu yol təqribən 25.6 kilometr uzunluğundadır.
Podrat işləri layihəsi FİDİK tərəfindən 2010-cu ildə dərc edilmiş İnşaat üzrə müqavilə şərtlərinin təkmilləşdirilmiş nəşri əsasında icra edilmişdir.
Layihənin başlanma tarixi 16 noyabr 2016-cı il təyin edilmiş və bitməsinə 27 dekabr 2017-ci il tarixində nail olunmuşdur. Podrat işlərinin yekun təsdiqlənmiş qiyməti 75,912,151.94 AZN idi (44,654,207.023 ABŞ dolları).