Categories
Layihələr

Magistral (M) yol şəbəkəsinin idarə edilməsi və saxlanılmasında texniki köməklik və təlim dəstəyi

2018-ci ilin yanvar ayında“GMC Consulting” MMC növbəti işgüzar italyantərəfdaşı “SPEA Engineering S.p.A” şirkətini Magistral (M) yol şəbəkəsinin idarə edilməsi və saxlanılmasında texniki köməklik və təlim dəstəyi layihəsində məsləhətçilik xidmətləri xidmətləri təmin etmək üçün müqavilə imzalamışdır.


Layihənin təşkili:

Magistral (M) yol şəbəkəsinin idarə edilməsi və saxlanılmasında texniki köməklik və təlim dəstəyi layihəsi BYİB-in 7889 AZ, 8602 AZ və BİA-nın 4723 AZ kredit sazişləri əsasında Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı  (BYİB) tərəfindən maliyyələşdirilmişdir.

Məsləhətçinin Xidmətlərinin əsas əhatə dairəsi Üçüncü Avtomobil Yolları Layihəsinin müvafiq tərtibat komponenti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (əvvəlki “Azəravtoyol” ASC), MYİİ və yeddi Yİİ-lərinə yenidən formalaşma/təşkilati dəyişikliyin tətbiq edilməsində, M indeksli magistral avtomobil yollarının istismarı və idarə edilməsi sistemində köməklik görstərmək idi.

Layihənin 2017-ci ilin dekabr ayında başlamış və 2019-cu ilin dekabr ayında tamamlanmışdır. Podrat işlərinin yekun təsdiqlənmiş qiyməti 3,981,910.00 AZN idi (2,342,300.00 ABŞ dolları).