Categories
Layihələr

M3, Ələt-Astara-İran İslam Respublikasi ilə dövlət sərhədi avtomobil yolunun Yenikənd və Biləsuvar (orijinal yol oxu) arasındakı mövcud hissənin km 32-dən km 103-dək bərpası

GMC Consulting MMC M3, Ələt-Astara-İran İslam Respublikasi ilə dövlət sərhədi avtomobil yolunun Yenikənd və Biləsuvar (orijinal yol oxu) arasındakı mövcud hissənin km 32-dən km 103-dək bərpası üzrə podrat işləri layihəsinə texniki nəzarət işləri üzrə IRD Engineering S.r.l. şirkətinə sub-konsultasiya xidmətləri vermişdir.


Layihənin təsviri:

Azərbaycan Hökuməti Dünya Bankının maliyyə dəstəyi ilə Regional Yollar və İnkişaf Layihəsini hazırlamışdır. Regional Yollar və İnkişaf Layihəsinin hədəfi M3 yolunun orijinal yol oxu boyunca yerləşən Salyan-Biləsuvar dəhlizi hissələrində yolların əlaqələndirilməsi və bazarların əlçatanlığını təmin etməkdir. RYİL, Azərbaycan Höküməti tərəfindən artıq tamamlanmış əsaslı proseslər üzərində təkmiləşərək yol şəbəkəsinin potesial güc və keyfiyyətini artırmaqla daha güclü hərəkətlilik, etibarlılıq və təhlükəsizliyi təmin edəcəkdir.

Bu yolun ümumi uzunluğu 71 km-dir. Mövcud yol, tam şəkildə olmasa da, ümumi olaraq II kateqoriyalı yolun texniki ölçü tələblərinə cavab verir. Yol örtüyü pis bir vəziyyətdə olub, çoxsaylı qüsurlar mövcuddur və yol boyunca yerləşən beş ədəd çay/kanal körpüsünün də təmirə ehtiyacı vardır.

Layihənin başlama vaxtı 25 avqust 2022-ci il, tamamlanma tarixi 24 avqust 2024-cü ilə təsadüf etmişdir.

Layihənin müqavilə qiyməti 112,983,558.06 AZN (66,460,916.51 ABŞ dolları) olmuşdur.