Categories
Layihələr

Bakı-Şamaxı-Muğanlı yolunun km 91-dən km 107-dək 4 zolağa genişləndirilməsi

GMC Consulting” MMC “İRD Engineering S.r.l” şirkəti üçün Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun km 91.0-dən km 107.0-dək hissəsinin 4 zolağa genişləndirilməsinin podrat işlərinin tikintisinə nəzarət layihəsində alt məsləhətçilik xidmətlərini təmin edilmişdir.


Layihənin təşkili:

Üçüncü Azərbaycan Avtomobil Yolları Layihəsi, Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun km 91.0-dan km 107.0-dək hissəsinin 4 zolağa genişləndirilməsi – CW 2016-3 saylı müqavilə BYİB-in 7889 AZ, 8602 AZ və BİA-nın 4723 AZ kredit sazişləri əsasında BYİB tərəfindən maliyyələşdiril-mişdir.

Podrat işləri yolun km 91-dən km 107-dək olan hissəsinin mövcud yol oxunun məhdud yeni yol oxlarında istisna olmaqla yolun həndəsi cəhətlərinin və təhlükəsizliyinin təkmilləşdirilməsindən ibarətdir.

Layihənin başlanma tarixi 27 dekabr 2017-ci il təyin edilmiş və bitməsinə 2019-cu ilin 27 dekabr tarixində nail olunmuşdur.

Podrat işlərinin yekun təsdiqlənmiş qiyməti 116,794,274.57 AZN idi (68,702,514.45 ABŞ dolları).