Categories
Layihələr

Batumi dairəvi avtomobil yolu nəzdində Bakurtsikhe-Tsnori yolunun tikintisi(Gürcüstan Respublikası)

19 Oktyabr 2021-ci ildə “GMC Consulting” MMC ilə “İRD Engineering S.r.l” şirkəti Gürcüstan Respublikasının Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin icra etdiyi Batumi dairəvi avtomobil yolu nəzdində Bakurtsikhe-Tsnori yolunun tikintisinə nəzarət layihəsi üzrə birgə müəssisə müqaviləsi imzalamışdır.


Layihənin təşkili:

Gürcüstan Respublikası Asiya İnkişaf Bankından (AİB) maliyyə dəstəyi əldə etmişdir.

Bakurtsikhe-Tsnori yolu beynəlxalq Tbilisi­Bakurtsikhe-Lagodekhi (Azərbaycan sərhədi) avtomobil yolunun bir hissəsidir ki, əsas avtomobil yolu Tbilisi ilə Kaxeti rayonunu və Azərbaycan Respublikasının şimal-qərb regionu ilə tranzit dəhlizini birləşdirir.

Bakurtsikhe-Tsnori avtomobil yolunun işləri başladıqdan 2 il sonra başa çatacaqdır.