17 Oktyabr 2018-ci ildə inkişaf edən və müvəffəqiyyətli əməkdaşlıq nəticəsində “GMC Consulting” MMC “İRD Engineering S.r.l” şirkəti ilə Gəncə-Qazax-Gürcüstan Respublikası ilə sərhəd avtomobil yolunun (M2) dörd zolağa genişləndirilməsi (Lot 1, 2 və 3) layihəsinin tikintisi üçün digər müqavilə imzalamışdır.
Layihənin təşkili:
Azərbaycan hökuməti ölkədə əsas və zəruri magistral avtomobil yollarından birinin davamı kimi Gəncə-Qazax-Gürcüstan Respublikası ilə sərhəd avtomobil yolunun (M2) dörd zolağa genişləndirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən kredit əldə etmişdir.
Layihədə mövcud ikizolaqlı Gəncə-Qazax-Gürcüstan Respublikası ilə sərhəd avtomobil yolunun (M2) (II kateqoriya) dörd zolağa genişləndirilməsi nəzərdə tutulmuşdur. Təklif edilmiş dörd zolağa genişləndirməyə hərəkət hissəsi ikizolaqlı olan yeni avtomobil yolunun mövcud yola yaxın kəndlərdən və şəhərlərdən yan keçməklə paralel tikintisi daxildir. Tikinti layihəsinin icrası 3 (üç) lota bölünmüşdür.
- Lot 1 – Km 0+000-dan (mövcud Gəncə dairəvi avtomobil yolunun sonu) km 39+800-dək (Zəyəm);
- Lot 2 – Km 39+800-dən (Zəyəm) km 82+200-dək (Qırılı);
- Lot 3 – Km 82+200-dən (Qırılı) km 130+150-dək (Gürcüstan sərhədinə yaxın).
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (əvvəl known “Azəravtoyol” ASC – AAY kimi tanınan) bu layihənin üzrə icraçı qurumu (İQ) / icraçı agentliyidir (İA).
Məsləhətçilik xidmətləri əsasən müfəssəl layihənin, tikinti cizgilərinin yoxlanılması və təsdiqi, podrat işləri çərçivəsində bütün işlərin keyfiyyət və miqdarının təsdiqi, podrat işlərinin idarə edilməsi, faydalara nəzarət və qiymətləndirmədən ibarətdir.
Layihənin başlanma tarixi hər lot üzrə fərqlənir. Lot 1 layihəsinin 01mart 2019-cu il, Lot 2 layihəsinin 22 aprel 2019-cu il və Lot 3 layihəsinin başlanma tarixi 01 fevral 2019-cu il təyin edilmişdir. Bütün layihələrin (lotların) tikintisi hazırda (2021-ci ilin noyabr ayı) ayrı-ayrılıqda davam edir.
Lot 1 layihəsinin Podrat işlərinin qiyməti 235,015,555.02 AZN (138,244,444.13 ABŞ dolları), Lot 2 layihəsinin Podrat işlərinin qiyməti 222,762,078.89 AZN (131,036,516.99 ABŞ dolları) və Lot 3 layihəsinin Podrat işlərinin qiyməti 193,261,235.83 AZN-dir (113,683,079.90 ABŞ dolları).