07 Aprel 2020-ci ildə inkişaf edən və müvəffəqiyyətli əməkdaşlıq nəticəsində “GMC Consulting” MMC ilə “İRD Engineering S.r.l” şirkəti M3, Ələt-Astara-İran İslam Respublikası ilə sərhəd avtomobil yolunun Yenikənd-Biləsuvar hissəsinin ilkin texniki-iqtisadi əsaslandırılması layihəsi üçün növbəti müqavilə imzalamışdır.
Layihənin təşkili:
Azərbaycan hökuməti Üçüncü Azərbaycan Avtomobil Yolları Layihəsi ilə əlaqədar Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) və Beynəlxalq İnkişaf Assossasiyasından (BİA) kredit əldə etmişdir. Layihə hökümətlə birgə maliyyələşdirilmişdir. Layihənin bir hissəsi M3 dəhlizinin yenilənməsinə, Ələt ilə İran İslam Respublikası arasında inşa edilmiş yeni magistral avtomobil yolunun təkmilləşdirilməsi-nə aiddir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu layihənin üzrə icraçı qurumu (İQ) / icraçı agentliyidir (İA).
Bu yol ümumi uzunluğu 70 km-dir. Mövcud yol tamamilə olmamasına baxmayaraq, əsas etibarilə II yol kateqoriyasının ölçülərinin tələblərinə uyğundur. Yolun asfalt örtüyünün vəziyyəti ümumilikdə kafidir, yolda qüsurlar var və yol oxu boyunca beş çay/kanal körpüsünün təmirə ehtiyacı vardır.
Layihə 2020-ci ilin aprel ayında başlamış və 2021-ci ilin fevral ayında başa çatmışdır.